Britaniya Rusiyanın dörd neft şirkətinə qarşı sanksiyalar tətbiq edib

Baş səhifə
Britaniya Rusiyanın dörd neft şirkətinə qarşı sanksiyalar tətbiq edib

Rusiyaya qarşı sanksiya siyahısını yeniləyən Böyük Britaniya bu ölkənin bir sıra neft-qaz şirkətlərini də ora daxil edib.

“Report” xəbər verir ki, bu barədə Rusiya KİV-ləri Britaniya hökumətinin sənədinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, “Tatneft”, “Russneft”, “NNK-Oil” və “Rusneftegaz” şirkətləri sanksiyalara məruz qalıb.

Bundan əlavə, sanksiya siyahısına “Redwood Global Supply” və “Tejarinaft” treydinq şirkətləri də daxil edilib.