Bakı Limanında yük axınının əsas istiqaməti açıqlanıb

Baş səhifə

Bakı. Trend:

Bakı Beynəlxalq Dəniz Limanına gələn yüklərin əsas istiqaməti
Şərqdən Qərbədir.

Trend xəbər
verir ki, bunu Bakı Beynəlxalq Dəniz Limanının direktoru Eldar
Salahov bu gün liman ərazisinə təşkil edilən mediatur zamanı
jurnalistlərə açıqlamasında deyib.




Onun sözlərinə görə, yüklərin təxminən 38-40%-i Çindən gələn
idxal və tranzit yüklərdir: “Xüsusilə son zamanlar Çin istehsalı
olan avtomobillərin və ehtiyat hissələrinin daşınmasında böyük
artım müşahidə olunur. Bununla yanaşı, İsveçrə, Türkiyə,
Qazaxıstan, Özbəkistan və Gürcüstan kimi ənənəvi ticarət
tərəfdaşlarımızla da əməkdaşlığımız genişlənir”.