34 nəfər Almaniyadan Azərbaycana geri qəbul edilib

Baş səhifə

Bakı. Trend:

“Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz
yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində 17
dekabr 2025-ci il tarixində Azərbaycan Respublikası vətəndaşı olan
34 nəfər Almaniya Federativ Respublikasından geri qəbul edilib.

Bu barədə Trend-ə Dövlət Miqrasiya Xidmətindən məlumat
verilib.




Qeyd edilib ki, Dövlət Miqrasiya Xidməti tərəfindən fəaliyyəti
əlaqələndirilən aidiyyəti dövlət qurumlarının nümayəndələrindən
ibarət Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan
Respublikası vətəndaşlarının üzləşdikləri çətinlik və problemlərin
operativ həlli, onların cəmiyyətə səmərəli, dayanıqlı
sosial-iqtisadi reinteqrasiyası işinin təşkili istiqamətində
müvafiq tədbirlər həyata keçirir.