Britaniya Ukraynaya sülhməramlıların göndərilməsinə dair hazırlığı başa çatdırır

Baş səhifə

Böyük Britaniya atəşkəs əldə olunacağı təqdirdə Ukraynaya hərbi kontingentinin göndərilməsi ilə bağlı hazırlıq işlərini yekunlaşdırır.

APA xəbər verir ki, bu barədə The I Paper portalı Böyük Britaniyanın Müdafiə Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, Böyük Britaniya Ukraynaya sülhməramlı qüvvələrin göndərilməsinə hazırlıq tempini artırır, müvafiq avadanlıqlar alır və qüvvələrin yerləşdirilməsi planlarının işlənməsini tamamlayır.

Rəsmi şəxslər hesab edirlər ki, sülh sazişi indiyədək heç vaxt olmadığı qədər yaxındır.

Portalın məlumatına görə, Böyük Britaniyanın Müdafiə Nazirliyi hazırda kontingentin nə qədər müddət ərzində Ukraynaya köçürülə biləcəyini dəqiqləşdirir və hərbçilərin mümkün dislokasiya yerlərini müəyyənləşdirir.