Bakı. Trend:
Vaşinqton Venesuela tərəfindən oğurlandığı iddia edilən neft
hüquqlarını geri almaq istəyir.
Trend-in
məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp
jurnalistlərə bildirib.
“Unutmayın, onlar bütün enerji hüquqlarımızı əlimizdən aldılar.
Bu yaxınlarda neft hüquqlarımızı əlimizdən aldılar və biz onları
geri almaq istəyirik. Onları qanunsuz yolla əlimizdən aliblar”, –
deyə D.Tramp bildirib.

