“Naxçıvan” klubu daha bir basketbolçunun transferini gerçəkləşdirib.
Bu barədə “Report”a Naxçıvan təmsilçisindən bildirilib.
Klub ABŞ-dən olan basketbolçu Ueyn Arnoldla mövsümün sonunadək müqavilə imzalayıb.
26 yaşlı basketbolçu 193 sm boya malikdir.
Qeyd edək ki, U.Arnold son olaraq Şimali Makedoniyanın “Şkupi” komandasında çıxış edib.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin

