Ukrayna və Almaniya silah təchizatı ilə bağlı müqavilələr imzalayıblar

Baş səhifə

Bakı. Trend:

Ukrayna Almaniya ilə ümumi dəyəri 1,2 milyard avro olan silah
təchizatı və birgə istehsalı ilə bağlı bir sıra müqavilələr
imzalayıb.

Trend-in məlumatına görə, bu barədə Ukrayna müdafiə naziri Denis
Şmıqal öz “Telegram” kanalında yazıb.




“Alman tərəfdaşları ilə 1,2 milyard avrodan çox dəyərində bir
sıra yeni vacib müqavilələr imzalanıb”, – deyə o bildirib.

Onun sözlərinə görə, müqavilələrə “Patriot” sistemləri üçün
ehtiyat hissələrinin uzunmüddətli təchizatı, ayrılmış vəsaitlə
Ukrayna dronlarının alınması və PUA-ların birgə istehsalı, 200 “Boqdan” özüyeriyən artilleriya qurğusunun yaradılması və ən son
elektron müharibə sistemlərinin təchizatı daxildir.