- 17 dekabr, 2025
- 15:45
2021–2025-ci illərdə Azərbaycanda 25 615 baş iribuynuzlu və 8 mindən artıq xırdabuynuzlu damazlıq heyvanın alınmasına 89,8 milyon manat güzəşt tətbiq edilib, eyni zamanda 10 mindən artıq təsərrüfat subyektinə 128 milyon manatdan çox aşağı faizli güzəştli kreditlər təqdim olunub.
“Report” xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakıda rəhbərlik etdiyi qurumun dəstəyi və İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilən “Süd və ət istehsalı üzrə mövcud problemlər və qida təhlükəsizliyi sahəsinə təsirlərin qiymətləndirilməsi” mövzusunda ictimai müzakirədə bildirib.
“Xüsusi təhlükəli xəstəliklərə qarşı peyvəndləmə tədbirləri isə tam şəkildə dövlət büdcəsi hesabına həyata keçirilir. Həmçinin işğaldan azad olunmuş ərazilər heyvandarlığın inkişafı baxımından mühüm potensiala malikdir və bu ərazilərdə sektorun təşkili və inkişafı üzrə məqsədyönlü siyasət tədbirləri ardıcıl şəkildə icra olunmaqdadır”, – deyə o qeyd edib.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

