Leon Drayzaytl NHL-də 1000 xal toplayan ilk almaniyalı hokkeyçi olub

Baş səhifə
Leon Drayzaytl NHL-də 1000 xal toplayan ilk almaniyalı hokkeyçi olub

Leon Drayzaytl NHL tarixində 1000 xal toplayan ilk almaniyalı hokkeyçi olub.

“Report” xəbər verir ki, “Edmonton” klubunun hücumçusu bunu “Pittsburq”la qarşılaşmada (4:6) üç məhsuldar ötürmə etməklə gerçəkləşdirib.

Hazırda 30 yaşlı hokkeyçinin hesabında 416 qol və 586 məhsuldar ötürmə var.

Qeyd edək ki, 2014-cü ildən “Edmonton”da çıxış edən Leon Drayzaytl 823 oyunun iştirakçısı olub.