“Arpaçay” kanalları üzrə 46 milyon manatlıq yenidənqurma işlərinə başlanılır

Baş səhifə

Bakı. Trend:

“Arpaçay sağ sahil” və “Arpaçay sol sahil” magistral
kanallarının yenidən qurulmasına başlanılır.

Trend-in dövlət
satınalmalarının vahid internet portalına istinadən məlumatına
görə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA)
tabeliyində Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti artıq bununla
bağlı müvafiq işlərə start verib.

Belə ki, qurum sözügedən işlərin icrasını “Hovers Group” Məhdud
Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə
bağlayıb.




Müqaviləyə əsasən, magistral kanalların yenidən qurulması 46,4
milyon manata başa gələcək.
İşlərin həvalə olunduğu şirkət 2011-ci ildə dövlət qeydiyyatına
alınıb.

Nizamnamə kapitalı 345 720 manat olan şirkətin qanuni təmsilçisi
Zeynalov İlqar Adgözəl oğludur.