Ərdoğan: İllərdir sülhə həsrət qalan Cənubi Qafqaz bu gün tarixi bir dövrdən keçir

Baş səhifə
Ərdoğan: Azərbaycanla dialoq halında biz də Ermənistanla normallaşma proseslərimizi irəlilədirik

İllərdir sülhə həsrət qalan Cənubi Qafqaz, bu gün tarixi bir dövrdən keçir.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O vurğulayıb ki, Azərbaycan və Ermənistan sülh müqaviləsi imzalamağa heç olmadıqları qədər yaxındırlar:

“Prosesə paralel olaraq, Azərbaycanla dialoq halında biz də Ermənistanla normallaşma proseslərimizi irəlilədirik. İnşallah gələn ilin əvvəlindən etibarən bəzi simvolik addımlar atacağıq”.