Bakı. Trend:
Nigeriyada naməlum silahlı şəxslər avtobusa hücum edərək ən azı
18 sərnişini naməlum istiqamətə aparıblar.
Trend “The Nation”
qəzetinə istinadən xəbər verir ki, hadisə ölkənin cənub-qərbində
yerləşən Edo ştatında baş verib.
Ştat polisinin sözçüsü Eno İkoedemanın bildirdiyinə görə,
silahlı şəxslər Benin və Akuru şəhərlərini birləşdirən magistral
yolda pusqu quraraq avtobusa atəş açıblar. Daha sonra hücum edənlər
nəqliyyat vasitəsinə yaxınlaşaraq sərnişinləri girov
götürüblər.
Polis ordu bölmələri ilə birgə cinayətkarların təqibinə
başlayıb. Hazırda 11 girovun azad edildiyi bildirilir.

