Türkiyə klubunun baş məşqçisi istefa verib

Baş səhifə

Bakı. Trend:

Türkiyə Super Liqasında növbəti baş məşqçi istefası
gerçəkləşib.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, “Qaziantep” Burak Yılmazla
yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat
yayıb.




40 yaşlı mütəxəssis öz istəyi ilə istefa verib. Rəhbərlik onun
istefasını qəbul edib.

Qeyd edək ki, Burak Yılmaz 19 avqust tarixində “Qaziantep”in baş
məşqçisi postuna təyin olunmuşdu. Komanda Super Liqada 16 turdan
sonra 23 xal toplayıb və turnir cədvəlinin 7-ci pilləsində
qərarlaşıb.