“Şahdəniz”dən indiyədək hasil olunan qaz və kondensatın həcmi açıqlanıb

Baş səhifə

Bakı. Trend:

“Şahdəniz” qaz-kondensat yatağından hasilata başlanılmasından
indiyədək 263,2 milyard kubmetr qaz hasil edilib.

Trend bu
barədə Energetika Nazirliyinə istinadən xəbər verir.




Hesabat dövründə yataqdan 52,3 milyon ton kondensat hasil
edilib.

“Şahdəniz” qaz-kondensat yatağından hasilata başlanılmasından 19
il ötür. “Şahdəniz” Mərhələ 1”in uğurla fəaliyyətə başlaması
Azərbaycan qazının dünya bazarlarına çıxışında yeni qapılar açaraq
ölkəmizin enerji təhlükəsizliyni möhkəmləndirib, iqtisadi inkişafı
yeni mərhələyə yüksəldib”, – məlumatda qeyd edilib.