Türkiyədə külli miqdarda narkotik aşkarlanıb – 40-dan çox saxlanılan var

Baş səhifə

Bakı. Trend:

Türkiyənin İzmir şəhərində hüquq-mühafizə orqanları tərəfindən
keçirilən əməliyyatda külli miqdarda narkotik vasitə aşkarlanaraq
dövriyyəyə daxil olmasının qarşısı alınıb.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.




İzmir rayon Polis İdarəsinin Narkotik Cinayətlərlə Mübarizə
Bölməsinin əməkdaşları tərəfindən bir həftə ərzində keçirilən
əməliyyatlarda 3 milyon 166 min 874 ədəd narkotik həb, 50 kiloqram
592 qram marixuana, 6 kiloqram 194 qram kokain, 1105 ədəd çətənə
kolu, həmçinin 4 tapança, 9 tüfəng, 366 ədəd tapança və tüfəng
patronu, eləcə də narkotik maddələrin hazırlanmasında istifadə
olunan avadanlıqlar aşkar edilərək götürülüb.

Əməliyyatların gedişində 46 nəfər şübhəli şəxs qismində
saxlanılıb.