
Azərbaycan II Liqasında mübarizə aparan “Şəki” çempionatın XIII turunda qarşılaşmalı olduğu “Qaradağ Lökbatan”la oyuna çıxmayacaq.
“Report” xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Məsələnin səbəbi ilə bağlı daha sonra açıqlama veriləcəyi bildirilib.
Qeyd edək ki, “Şəki” II Liqada 12 turdan sonra turnir cədvəlində 25 xalla dördüncü sırada qərarlaşıb.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

