Dehlini toksik duman bürüyüb: hava reysləri təxirə salınıb

Baş səhifə

Bakı. Trend:

Hindistanın paytaxtı Dehlini bürüyən qatı toksik duman, şəhər
nəqliyyatında ciddi pozuntulara yol açıb.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, Dehlinin hava çirklənməsi səviyyəsi son
həftələr ərzində ən yüksək səviyyəyə çatıb.




Məlumata görə, qatı toz dumanı ilə əlaqədar 40-dan çox aviareys
təxirə salınıb. Bundan başqa, onlarla hava reysinin vaxtı uzadılıb,
habelə 50-dən çox qatar reysi ertələnib.

Səhiyyə mütəxəssisləri sakinləri bütün açıq hava
fəaliyyətlərindən çəkinməyə çağırıblar. Belə ki, xəstəxanalarda
tənəffüs çətinlikləri və göz qıcıqlanması şikayətləri ilə müraciət
edən xəstələrin sayında kəskin artım olduğu bildirilir.