İspaniyanın “Real Sosyedad” klubu baş məşqçi Serxio Fransiskonu istefaya göndərib.
“Report” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti bildirir.
46 yaşlı mütəxəssislə birlikdə San-Sebastyan komandasını onun köməkçisi Yosu Rivas da tərk edib.
İlin sonuna qədər san-sebastyanlılara əvəzedici komandanın baş məşqçisi Yon Ansoteqi rəhbərlik edəcək. Ona İmanol Aqirreçe kömək edəcək.
Qeyd edək ki, klomanda hazırda La Liqada 16 turdan sonra 16 xalla 15-ci yerdədir. S.Fransisko bu posta iyulda təyin olunmuşdu.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

