Bakı. Trend:
Almaniyanın Bavariya əyalətinin Dinqolfinq şəhərində keçirilən
Milad bazarında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş
nəfər saxlanılıb.
Trend xəbər verir
ki, saxlanılan şəxslərdən biri Misir, biri Suriya, üçü isə Mərakeş
vətəndaşıdır.
İstintaq orqanları hazırda araşdırmalar aparır. Hücumun vaxtı və
detalları barədə məlumat verilmir. İlkin məlumata əsasən, hücum
avtomobildən istifadə edilərək törədilmək planlaşdırılıb.
Mediaya yayılan məlumatlara görə, təhlükə barədə xəbərdarlıq
xarici kəşfiyyat xidmətlərindən birindən daxil olub.

