FİFA Qitələrarası Kubokunun finalında PSJ “Flamenqo” ilə üz-üzə gələcək

Baş səhifə

Bakı. Trend:

UEFA Çempionlar Liqasının hazırkı qalibi “Pari Sen-Jermen”
2025-ci il FİFA Qitələrarası Kubokunun finalında Braziliya
təmsilçisi “Flamenqo” ilə qarşılaşacaq.

Trend xəbər verir
ki, yarımfinal mərhələsində braziliyalılar Afrika Çempionlar
Liqasının qalibi Misirin “Piramids” komandasını 2:0 hesabı ilə
məğlub ediblər.




Görüşün 24-cü dəqiqəsində müdafiəçi Leo Pereyra “Flamenqo”nu
hesabda önə çıxarıb. 52-ci dəqiqədə isə “Yuventus”un sabiq
müdafiəçisi Danilo fərqi iki topa çatdırıb.

Beləliklə, turnirin qalibi dekabrın 17-də keçiriləcək final
qarşılaşmasında müəyyənləşəcək.