Üzgüçülük üzrə Azərbaycan çempionatı uğurla başa çatıb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Bakı Su İdmanı Sarayında 3 gün ərzində davam etmiş üzgüçülük
üzrə Azərbaycan Çempionatı – 2025 yekunlaşıb.

Trend xəbər verir
ki, yarışda ölkənin müxtəlif bölgələrini təmsil edən idmançılar
sərbəst, arxasıüstə, brass, kəpənək və qarışıq üsullar üzrə həm
fərdi, həm də estafet şəklində yarışıb.

Respublika birinciliyi təkcə ən güclülərin müəyyənləşdirilməsi
üçün deyil, həm də yeni istedadların üzə çıxması, onların
beynəlxalq arenaya hazırlanması baxımından mühüm rol oynayır.

Turnir çərçivəsində idmançı paradı keçirilib, ölkə himni
səsləndirilib. Habelə azarkeşlər və qonaqlar üçün xüsusi əyləncəli
proqram nümayiş etdirilib, müğənni Azad Şabanovun çıxışı olub.

Ardınca Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid
Qayıbov yarış iştirakçılarını və qonaqları salamlayaraq hər kəsə
uğurlar arzulayıb. Daha sonra Azərbaycan Üzgüçülük Federasiyasının
(ASF) prezidenti Zaur Əliyev üzgüçülük üzrə ölkə çempionatının
əhəmiyyətindən və gələcək layihələrdən danışıb. Final yarışları
başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib.

Medalları gənclər və idman naziri Fərid Qayıbov, ASF-nin
prezidenti Zaur Əliyev, vitse-prezident Xaliq İldırımzadə, baş
katib Oqtay Atayev, eləcə də federasiyanın müşaviri Rəşad
Əbdürəhmanov təqdim edib.

Qadınlar

“Arxası üstə” üsülu ilə 200 metr – Vlastilina Xasyanova (qızıl
medal), Məryəm Cavadova (gümüş medal), Dəniz Topçubaşova (bürünc
medal)

“Brass” üsülu ilə 100 metr – Anastasiya Boborıkina (qızıl
medal), Sofiya Hacıyeva (gümüş medal), Sofya Lyovina (bürünc
medal)

Sərbəst üsulla 50 metr – Leyla Abduləzizova (qızıl medal), Aişə
Səmədova (gümüş medal), Aleksandra Slepenko (bürünc medal)

Sərbəst üsulla 200 metr – Məryəm Cavadova (qızıl medal),
Vlastilina Xasyanova (gümüş medal), Aleksandra Slepenko (bürünc
medal)




Qarışıq üsulla 200 metr – Məryəm Cavadova (qızıl medal), Sofiya
Medvedeva (gümüş medal), Nərmin Ramazanova (bürünc medal)

Kişilər

“Arxası üstə” üsülu ilə 200 metr – Oqtay Hüseynov (qızıl medal),
Yeqor Maynitski (gümüş medal), Əli Rzazadə (bürünc medal)

“Brass” üsülu ilə 100 metr – Fərhad Şirməmmədli (qızıl medal),
Qurban Əliyev (gümüş medal), Vasif Nəcəfli
“Butterfly” üsulu ilə 100 metr – Abdürrahman Rüstəmov (qızıl
medal), Yeqor Maynitski (gümüş medal), Fərhad Şirməmmədli (bürünc
medal)

Sərbəst üsulla 50 metr – Abdürrahman Rüstəmov (qızıl medal),
Ayaz Zərbəliyev (gümüş medal), Rəşad Alquliyev (bürün medal)

Sərbəst üsulla 200 metr – Süleyman İsmayılzadə (qızıl medal),
Yeqor Maynitski (gümüş medal), Amin Oruclu (bürünc medal)

Qarışıq üsulla 200 metr – Amin Oruclu (qızıl medal), Timur
Nikiforov (gümüş medal), Tofiq Əhmədzadə (bürünc medal)
Sərbəst üsulla estafet üsulu kişilər (4×100)

Qızıl medal – RYUM 1
(Oqtay Hüseynov, Rəşad Alquliyev, Abdürrahman Rüstəmov, Süleyman
İsmayılzadə)

Gümüş medal – Ocaq 1
(Fərhad Şirməmmədli, Amin Oruclu, Firdovsi Abbasov, Mikayıl
İsrafilov)

Bürünc medal – Trikids 1
(Əli Rzazadə, Teymur Cəfərov, Tural Atakişiyev, Riad Abbaszadə)