Bakı. Trend:
Vaşinqton Venesuela və digər Latın Amerikası ölkələrindəki
narkotik qaçaqmalçılarına qarşı əməliyyat keçirə bilər.
Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp
Ağ Evdə jurnalistlərə Latın Amerikası ölkələrində fəaliyyət
göstərən narkotik kartelləri haqqında danışarkən bildirib.
“Söhbət təkcə Venesueladan getmir. Söhbət həm də digər
ölkələrdəki dəhşətli insanlara hücumlar ilə bağlıdır”, – deyə o
bildirib. Xüsusilə, o, Kolumbiyada genişmiqyaslı narkotik
istehsalından bəhs edib.
Tramp bildirib ki, ABŞ ordusu son həftələrdə ehtimal edilən
narkotik qaçaqmalçılarının qayıqlarına zərbə endirməklə ABŞ-yə
dəniz üzərindən narkotik tədarükünü 96% azaldıb.
“İndi quruda da eynisini edəcəyik. Bu, tezliklə başlayacaq”, –
deyə ABŞ prezidenti xəbərdarlıq edib.

