Tayland və Kamboca hərbi əməliyyatlara son qoymağa razılaşıblar – Tramp

Baş səhifə

Bakı. Trend:

Tayland və Kamboca liderləri 24 saat ərzində hərbi əməliyyatları
dayandırmaq və sülh müqavilələrinin həyata keçirilməsinə qayıtmaq
barədə razılığa gəliblər.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti “Truth
Social” sosial şəbəkəsində yazıb.




“Bu səhər Taylandın Baş naziri Anuthin Çanvirakun və Kambocanın
Baş naziri Hun Manet ilə uzun müddətdir davam edən müharibənin
dərin təəssüf doğuracaq şəkildə yenidən başlaması ilə bağlı çox
yaxşı bir söhbət apardım. Onlar bu axşam bütün atışmaları
dayandırmaq və Malayziyanın Baş naziri Ənvər İbrahimin vasitəçiliyi
ilə mənimlə əldə etdikləri ilkin sülh razılaşmalarına qayıtmaq
barədə razılığa gəliblər”, – deyə o bildirib.