Azərbaycan Basketbol Liqasında IX turun daha iki oyunu keçirilib

Baş səhifə
Azərbaycan Basketbol Liqasında IX turun daha iki oyunu keçirilib

Azərbaycan Basketbol Liqasında IX turun daha iki oyunu keçirilib.

“Report”un məlumatına görə, günün ilk matçında B qrupunda yer alan “Ordu” “Sumqayıt”ı məğlub edib – 106:86.

A qrupunda isə NTD və “Şəki” komandaları üz-üzə gəliblər.

Qarşılaşma paytaxt təmsilçisinin qələbəsi ilə bitib – 93:79.

Qeyd edək ki, turun əvvəlki qarşılaşmalarında “Quba” “Lənkəran”ı (95:87), “Naxçıvan” isə “Sərhədçi”ni (90:74) məğlub edib.