Bakı. Trend:
Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin
İdarəedilməsi Mərkəzi fırtınalı hava şəraiti ilə bağlı gəmilərə
xəbərdarlıq edir.
Trend xəbər verir ki, bununla
bağlı Agentliyin İctimaiyyətlə əlaqələr xidmətinin mətbuat katibi
Pərvanə İmanova məlumat verib.
Xəbərdarlığa əsasən, dekabrın 13-ü axşamdan Xəzər Dəniz
Akvatoriyasında müşahidə olunacaq şimal-qərb və şimal küləyi 14-ü
gündüz saatlarına kimi davam edəcək.
Həmin günlər ərzində şimal-qərb və şimal küləyinin 18-23 m/s,
arabir 28-33 m/s, açıq dənizdə isə 35-38 m/s-dək güclənəcəyi
gözlənilir.
Dalğanın hündürlüyünün 3.0-4.0 m, sonrakı inkişafda 5.5-7.5 m.
çatacağı proqnozlaşdırılır.

