
Bakı. Trend:
İqlim İnvestisiya Fondları (CIF) sənayesinin karbonsuzlaşdırma
Proqramını işə salıb. Proqramın məqsədi inkişaf etməkdə olan
ölkələrdə yüksək emissiyalı sahələrin sıfır emissiya səviyyəsinə
keçidini sürətləndirmək və təmiz texnologiyaların inkişafını
dəstəkləməkdir.
Bu barədə Trend-ə
Avropa Yenidənqurma və İnkişaf Bankına (AYİB) istinadən xəbər
verir.
Bildirilir ki, Türkiyə marağın ifadəsi (Expression of Interest,
EoI) əsasında aparılan seçim prosesi nəticəsində Proqrama qoşulmaq
üçün seçilmiş yeddi ölkədən biri olub.
“2025-ci ilin iyununda Türkiyəyə 250 milyon ABŞ dollarına qədər
məbləğdə İnvestisiya Planının (Investment Plan, IP) hazırlanması
üçün razılıq verildi və bu vəsaitin ən azı 50 faizi özəl sektora
yönəldilməlidir. IP, Türkiyə tərəfindən İqlim İnvestisiya Fondunun
(CIF) tərəfdaşları olan çoxtərəfli inkişaf bankları (MDB) – Avropa
Yenidənqurma və İnkişaf Bankı (EBRD), Dünya Bankı (WB), Beynəlxalq
Maliyyə Korporasiyası (IFC) və Asiya İnkişaf Bankı (ADB) ilə
əməkdaşlıq çərçivəsində hazırlanacaq biznes-planı ifadə edir.
Türkiyə IP-nin hazırlanması prosesinə ümumi nəzarəti təmin etmək
üçün AYİB-i “koordinasiya edən MDB” olaraq təyin edib.
IP ölkənin prioritetlərini və təkliflərini müəyyən edəcək,
MDB-lərin potensial investisiya və texniki dəstək istiqamətlərini
aşkar edəcək, həmçinin əlavə birgə maliyyələşdirmələrin mümkün
səfərbərliyini nəzərdə tutacaq. IP ən gec 2027-ci ilin yanvarına
qədər CIF Katibliyinə təqdim edilməlidir”, – məlumatda qeyd
olunur.
Bildirilənlərə görə, CIF-in maliyyələşdirilməsi Türkiyənin
Sənayenin Karbonsuzlaşdırılması üzrə İnvestisiya Platformasının
(Türkiye Industrial Decarbonisation Investment Platform, TIDIP)
dəstəklənməsində də həlledici rol oynayacaq və IP həm bu platforma,
həm də Türkiyə tərəfindən qəbul edilmiş dörd aşağıkarbonlu inkişaf
üzrə sektor planı (LCP) – sement, polad, gübrə və alüminium
sənayeləri üzrə planlarla sıx şəkildə uyğunlaşdırılmalıdır.
“Texniki və operativ konsaltinq dəstəyinin (bundan sonra –
“Tapşırıq”) məqsədi Türkiyə üçün Sənayenin Karbonsuzlaşdırılması
Proqramının İnvestisiya Planının hazırlanmasına dəstək göstərmək,
eləcə də dövlət qurumları, çoxtərəfli inkişaf banklarının (MDB)
tərəfdaşları, özəl sektor və digər maraqlı tərəflərlə əməkdaşlıq
çərçivəsində əlaqəli tapşırıqları və əlaqələndirməni idarə
etməkdir”, – deyə bank məlumat verir.

