Bu ilin 10 ayı ərzində nikah və boşanmaların sayı açıqlandı

Baş səhifə

Bakı.Trend:

Bu ilin yanvar-oktyabr ayları ərzində Ədliyyə Nazirliyinin rayon
(şəhər) qeydiyyat şöbələri tərəfindən 40739 nikah və 17254 boşanma
halları qeydə alınıb.

Trend xəbər
verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.




Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin
hər 1000 nəfərinə nikahların sayı 4,9-dan 4,8-ə, boşanmaların sayı
isə 2,1-dən 2,0-a düşüb.