
Bakı. Trend:
Bu ilin yanvar-oktyabr aylarında əhalinin gəlirləri 73,7 milyard
manat olub.
Trend bu barədə
Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici nominal ifadədə 2024-cü ilin müvafiq
dövrü ilə müqayisədə 8,1 faiz çoxdur.
Bundan başqa, 2025-ci ilin yanvar-sentyabr aylarında muzdlu
işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə
nisbətən 9,5 faiz artaraq 1087,7 manat təşkil edib.


