
Bakı. Trend:
NATO İrana qarşı kollektiv müdafiə ilə bağlı 5-ci maddənin
mümkün tətbiqinə hazırdır.
Trend-in
məlumatına görə, NATO-nun Baş katibi Mark Rutte bu açıqlamanı
“Newsmax” telekanalına müsahibəsində, alyansın mümkün hadisələrə
reaksiyası ilə bağlı sualı cavablandırarkən səsləndirib.
“Biz buna hazırlaşmışıq. Hazırda NATO daxilində gördüyümüz əsas
iş alyansın ərazisinin hər qarışının qorunmasını təmin etməkdir”, –
deyə Rutte vurğulayıb.

