
Bakı.Trend:
Türkiyə Milli Müdafiə Nazirliyi Ümumilli Lider Heydər Əliyevin
anım günü ilə bağlı paylaşım edib.
Trend
nazirliyin “X” hesabındakı həmin paylaşımı təqdim edir:
“Can Azərbaycanın Ulu Öndəri mərhum Heydər Əliyevi vəfatının
22-ci ilində rəhmət və hörmətlə anırıq. Mərhum Heydər Əliyevin “Biz
bir millət, iki dövlətik” şüarını bir miras kimi nəsildən-nəslə
ötürəcək, hər zaman Azərbaycan türkü qardaşlarımızla bir və bərabər
olmağa davam edəcəyik”.

