Bakı. Trend:
Azərbaycanın müstəqilliyinin ilk illərində böyük dövlət xadimi
kimi ön plana çıxan Heydər Əliyev ölkənin iqtisadi və siyasi
sabitliyinin qurulmasında mühüm rol oynayıb.
Trend xəbər
verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Fəxri
Xiyabanda Ümumilli Lider Heydər Əliyevin məzarını ziyarət edərkən
jurnalistlərə açıqlamasında bildirib.
“Onun uzaqgörən siyasəti Azərbaycanın dövlətçiliyini
möhkəmləndirib, xalqın rifahı üçün möhkəm təməl yaradıb. Eyni
zamanda, Türkiyə ilə Azərbaycan arasında “bir millət, iki dövlət”
prinsipinə əsaslanan qardaşlıq münasibətlərinin yenidən bərpası və
inkişafı məhz Heydər Əliyevin adı ilə bağlıdır”,- deyə səfir əlavə
edib.

