
Bakı. Trend:
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 4 saylı Yengicə
Seçki Dairəsindən olan deputatı Abbasov Əli Feyzulla oğlu barəsində
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə daxil olmuş vətəndaş
müraciətləri əsasında Ali Məclisin İntizam Komissiyası tərəfindən
intizam icraatı başlanılıb.
Trend xəbər verir ki,
qanunvericiliyin tələblərinə uyğun olaraq Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin İntizam Komissiyasının hazırladığı rəy
Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim
edilib.
Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyası
tərəfindən dekabrın 11-də Əli Abbasovun deputat mandatından məhrum
edilməsi haqqında qərar qəbul olunub.

