
Bakı. Trend:
2025-ci ilin yanvar-noyabr ayları ərzində 143,7 min nəfərdən çox
şəxsə proaktiv qaydada sosial müavinət (aylıq və birdəfəlik) və
təqaüd təyin olunub.
Trend xəbər
verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
Bildirilib ki, bunun 51,5%-ni kişilər, 48,5%-ni isə qadınlar
təşkil edib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-noyabr ayları ərzində 141
mindən çox proaktiv qaydada sosial müavinət (aylıq və birdəfəlik)
və təqaüd təyin olunub.
Onların 52,68%-ni kişilər, 47,32%-ni isə qadınlar təşkil
edib.


