Bakıda neft-qaz sektoruna həsr olunmuş beynəlxalq konfransın ikinci günü keçirilir

Baş səhifə

Bakı. Trend:

Bakıda neft-qaz sektoruna həsr olunmuş “Asset Integrity &
Corrosion and Coatings Conference” (Aktivlərin Bütövlüyü, Korroziya
və Örtüklər Konfransı) adlı konfransın ikinci günü öz işinə
başlayıb.

Trend xəbər verir
ki, konfrans sahə üzrə aparıcı mütəxəssisləri, şirkət rəhbərlərini
və texnologiya təminatçılarını bir araya gətirib.

İlk gündə olduğu kimi bu gün də tədbirin gündəliyi kifayət qədər
zəngin hesab edilə bilər. Belə ki, tədbir çərçivəsində aktivlərin
bütövlüyünün qorunması, korroziyaya qarşı mübarizə və qoruyucu
örtük texnologiyaları sahəsində mövcud vəziyyətin və yeniliklərin
müzakirəsi aparılacaq. Eyni zamanda konfrans zamanı sənayedə
qarşıda duran risklər, texniki həllər və beynəlxalq təcrübə
iştirakçılara təqdim olunacaq.




Qeyd edək ki, tədbirdə 20-dən çox ölkədən 500-dən artıq
nümayəndə iştirak edir. Konfransda 50-dən çox spiker çıxış edir,
25-dən artıq şirkət texnoloji həllərini təqdim edir. Ümumilikdə
50-dən çox texniki sessiya, bir neçə panel müzakirəsi və müxtəlif
şəbəkələşmə tədbirləri nəzərdə tutulub.

Xəbər yenilənəcək