Gəncədə şagirdlərin dönərdən zəhərlənməsi ilə bağlı araşdırma aparılır

Baş səhifə

Bakı. Trend:

Gəncədə baş verən hadisənin səbəblərinin, həmçinin qida
zəhərlənməsi olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə Qida
Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri müvafiq qurumların
əməkdaşları ilə birgə araşdırmalara başlayıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq AQTA-dan məlumat
verilib.

Bildirilib ki, məsələ nəzarətə götürülüb, araşdırmaların
nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.
TƏBİB-dən isə sorğumuza cavab olaraq bildirilib ki, dünən saat
21:30 radələrindən başlayaraq 8 nəfər (5 kişi cinsli, 3 qadın
cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas
Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə
hospitalizasiya olunub.




“Dəqiqləşdirilməmiş mənşəli qastroenteritlər və kolitlər
diaqnozu təyin edilən pasiyentlərə zəruri tibbi xidmətlər
göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər
ambulator müalicə üçün evə buraxılıblar”.

Qeyd edək ki, dünən Gəncə şəhəri, M. Ş. Vazeh adına 16 nömrəli
tam orta məktəbin şagirdləri dönərdən zəhərləniblər.