Yaponiya “Tomarı” AES-nin yenidən işə salınmasını təsdiqləyəcək

Baş səhifə

Bakı. Trend:

Yaponiyanın Hokkaydo prefekturasının qubernatoru Naomiçi Sudzuki “Tomari” Atom Elektrik Stansiyasında üçüncü reaktorun yenidən işə
salınmasını təsdiqləyib.

Trend-in
məlumatına görə, bu barədə Yaponiya ictimai televiziyası xəbər
verib.

Onun qərarını dekabrın 9-da rəsmi olaraq açıqlayacağı
gözlənilir.




Bu, Yaponiyanın regional hakimiyyət orqanları tərəfindən yenidən
işə salınması təsdiqlənən ikinci atom elektrik stansiyası olacaq.
Bundan əvvəl, noyabrın sonlarında Niiqata prefekturasının
qubernatoru dünyanın ən böyük atom elektrik stansiyası olan “Kaşivazaki-Karivada”kı reaktorlardan birinin yenidən işə
salınmasını təsdiqləmişdi.

“Tomari” AES-in üçüncü enerji blokunun yenidən işə salınmasının
2027-ci ildə baş tutacağı gözlənilir.