Hərbi cinayətlərə görə məhkum edilmiş ermənilərin “əsir” kimi təqdimatı reallığın təhrifidir – XİN

Baş səhifə

Bakı. Trend:

İnsanlıq əleyhinə cinayətlər və hərbi cinayətlərdə ittiham
olunan və məhkum edilmiş erməni əsilli şəxslərin “əsir” statusunda
qeyd edilməsi və onların azadlığa buraxılmasının ayrıca prioritet
kimi müəyyən edilməsi reallıqların ciddi şəkildə təhrif edilməsidir
və qəbuledilməzdir.

Trend xəbər
verir ki, bu fikirlər XİN-in bəyanatında yer alıb.

Bildirilib ki, Aİ–Ermənistan sənədində Ermənistanın regional
konsensusdan məhrum olan “sülh kəsişməsi” təşəbbüsünü dəstəkləyən
çoxsaylı müddəaların əks olunmasına baxmayaraq, 8 avqust Vaşinqton
sammiti zamanı normallaşma prosesi çərçivəsində əldə edilmiş və
mühüm əhəmiyyət kəsb edən “Beynəlxalq Sülh və Rifah naminə Tramp
Marşrutu” (TRIPP) layihəsinə bir dəfə belə istinad edilməməsi ciddi
narahatlıq doğurur. Bu hal, Ermənistanın Vaşinqtonda Baş nazirləri
tərəfindən imzalanmış TRIPP sazişi çərçivəsində öhdəlikləri icra
etmək niyyətinin ciddiliyi və Aİ-nin bu layihəyə bəyan etdiyi
dəstəyi barədə suallar yaradır.