Yaponiyada baş vermiş zəlzələdə azı 30 nəfər yaralanıb

Baş səhifə

Bakı. Trend:

Ötən gün Yaponiyanın Aomori prefekturası ətrafında baş verən və
tsunami xəbərdarlıqlarına səbəb olan 7,5 bal gücündə zəlzələ
nəticəsində azı 30 nəfər yaralanıb.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Yaponiyanın Baş naziri Sanay
Takaiçi açıqlama verib.




Baş nazir seysmik aktiv bölgələrdə yaşayan sakinləri zəlzələ ilə
bağlı xəbərdarlıqlıarı 1 həftə ərzində yaxından izləməyi tövsiyyə
edib.

“Normal sosial-iqtisadi fəaliyyətlərinizi davam etdirərkən,
çevrənizdəki təhlükəsiz təxliyə zonalarını və yollarını öyrənin,
aşma riski olan mebellərin mövqeyini möhkəmlədin və gündəlik
zəlzələ hazırlıqlarınızı davam etdirin. Həmçinin təxliyəyə hazır
olun”-, deyə Baş nazir bildirib.