Azərbaycanda “ARAS Pro”nun tətbiqinə başlanılıb

Baş səhifə

Bakı. Trend:

Dövlət Gömrük Komitəsi (DGK) Avtomatlaşdırılmış Risk Analizi
Sisteminin (ARAS) yeni versiyasının, “ARAS Pro”nun tətbiqinə
başlayıb.

Trend xəbər
verir ki, bunu Dövlət Gömrük Komitəsi (DGK) sədrinin müavini Natiq
Şirinov bu gün Bakıda keçirilən “Gömrük-Biznes Forumu 2025: Dialoq
və Etimad” tədbirində bildirib.

O vurğulayıb ki, gömrük bəyənnaməsi rəsmiləşməsinin maksimal
şəkildə sürətləndirilməsi üzərində işlər görülür:




“Təbii ki, bu, sahibkarların təqdim etdiyi bəyənnamələrin özünün
keyfiyyətindən, müvafiq risk amillərindən asılıdır. Biz artıq
ARAS-ın yeni versiyasının tətbiqinə başlamışıq. Növbəti illərdə
hədəfimiz gömrük bəyənnaməsi rəsmiləşməsi müddətinin maksimum
azaldılmasıdır. Əgər biz bu ilin ilk 11 ayını əvvəlki ilin eyni
dövrü ilə müqayisə etsək, görürük ki, sərbəst dövriyyə üçün
buraxılan bəyənnamələrin hazırda 38%-i, “yaşıl dəhliz”
iştirakçılarında isə təqdim olunan bəyənnamələrin 55%-i 3 saatdan
az müddətdə rəsmiləşdirilir”

“ARAS sisteminin yeni versiyasını işə saldıqdan sonra yeni
rəqəmsal alətlər bizə imkan verəcək ki, gələcəkdə artıq etibarlı
tərəfdaş olan sahibkarlıq subyektlərinin bəyənnamələri müəyyən
limit çərçivəsi tətbiq etməklə avto-buraxılış sistemə keçirilsin”,
– sədr müavini vurğulayıb.