Azərbaycanda da süni intellekt əsaslı tərcümə alqoritmlərinin hazırlanması vacibdir.
“Report”un məlumatına görə, bunu Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli Milli Məclisdə keçirilən “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” adlı konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycan Milli Elmlər Akademiyasının elmi müəssisələrinin hesabatları nəzərə alınmalı və dil strategiyasına daxil edilməlidir.
“Çünki bu institutların fəaliyyəti elm və texnologiyanın dilə inteqrasiyası baxımından strateji əhəmiyyət daşıyır”
Professor həmçinin qeyd edib ki, Milli Elmlər Akademiyasının arxivində “Divanü Lüğat-it-Türk” əsərinin əlyazması və tərcüməsi aşkarlanıb.
“Bu, dünyada ilk dəfə ərəb qrafikasından Azərbaycan dilinə birbaşa tərcümədir və böyük elmi hadisədir”.
Milli Elmlər Akademiyasının arxivində “Divanü Lüğat-it-Türk” əsərinin əlyazması və tərcüməsi aşkarlanıb.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

