Bakı. Trend:
Bakıda “Gömrük-Biznes Forumu 2025: Dialoq və Etimad” Forumu
keçirilir.
Trend xəbər
verir ki, forumda Azərbaycan Respublikası Prezidentinin köməkçisi,
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi
məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar
Mövsümov, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti
general-leytenantı Şahin Bağırov, bp-nin Xəzər regionunda
kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar
Aslanbəyli, eləcə də digər rəsmi şəxslər iştirak edirlər.
Forum zamanı gömrük işi sahəsində həyata keçirilən rəqəmsal
alətlərin, eləcə də xarici ticarət əməliyyatlarının tənzimlənməsi
və sadələşdirilməsi istiqamətində gömrük və aidiyyət dövlət
orqanlarının birgə reallaşdırdığı layihələrin təqdimatları, o
cümlədən biznes subyektlərinin iştirakı ilə gömrük prosedurları və
əməliyyatları üzrə müzakirələrin aparılması planlaşdırılır.
Qeyd edək ki, biznes nümayəndələri ilə əməkdaşlığın daha da
genişləndirilməsi, gömrük sahəsində həyata keçirilən yeniliklərin
ictimaiyyətə çatdırılması məqsədilə dövlət qurumlarının
nümayəndələrinin, xarici ticarət iştirakçılarının, ekspertlərin və
tərəfdaşların iştirakı ilə hər il ənənəvi olaraq Dövlət Gömrük
Komitəsi tərəfindən “Gömrük-Biznes Forumu” təşkil edilir.

