Kamboca ordusunun Tayland ərazisindəki Anuponq hərbi bazasına hücumu nəticəsində 1 taylandlı hərbçi həlak olub, daha 2 nəfər isə yaralanıb. Bu barədə məlumatı Khaosod portalı Tayland ordusunun nümayəndəsinə istinadən yayıb.
Rəsmi açıqlamaya görə, hücumdan sonra aparılan operativ qiymətləndirmə Kamboca tərəfinin sərhəd boyunca aktiv hərbi hərəkətlərə başladığını göstərib:Bildirilib ki, bu fəaliyyətlər sərhəd zonasındakı gərginliyin daha da artmasına və hərbi əməliyyatların genişlənməsinə yol aça bilər.
Hadisəyə cavab olaraq Tayland Hərbi Hava Qüvvələri F-16 qırıcılarını havaya qaldırıb.
Tayland ordusunun açıqlamasında deyilir:
“Hərbi Hava Qüvvələri ölkənin suverenliyi, müstəqilliyi və vətəndaşların təhlükəsizliyinə yönəlmiş təhdidlərə cavab vermək üçün məsuliyyətlə hava əməliyyatları həyata keçirəcək.”

