Bakı. Trend:
Niderland Kral Hərbi Hava Qüvvələrinə məxsus iki F-35 qırıcı
təyyarəsi naməlum dronu ələ keçirmək məqsədilə havaya
qaldırılıb.
Trend xəbər verir
ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, obyekt hava hərəkəti dispetçerləri ilə əlaqə
qurmalı və transponder əməliyyatını yerinə yetirməli olduğu
yüksəklikdə olsa da, heç bir siqnal ötürməyib. Pilotsuz uçuş
vasitəsi qısa müddət sonra Hollandiyanın hava məkanını tərk edib və
heç bir təcili təhlükə yaratmayıb.
F-35 təyyarələri ölkənin cənubundakı Volkel hava bazasına geri
dönüblər.

