Benində dövlət çevrilişinə cəhdlə bağlı 14 nəfər tutulub

Baş səhifə

Benində dövlət çevrilişinə cəhdlə əlaqədar 14 nəfər saxlanılıb.

APA xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Hökumət sözçüsü Uilfrid Leandr Honqbedci bildirib ki, çevriliş planında şübhəli bilinən 14 nəfər həbs edilib, lakin əlavə detallar açıqlanmayıb.

Qeyd edək ki, dekabrın 7-də bir qrup hərbçi milli televiziya binasını nəzarətə götürərək sərhədlərin bağlandığını, Konstitusiyanın və bütün siyasi institutların fəaliyyətinin dayandırıldığını elan etmişdi.

Həmçinin məlum olub ki, həmin qrup Benin prezidenti Patrik Talonun rezidensiyasını ələ keçirməyə də cəhd göstərib.