
Bakı. Trend:
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev dekabrın 8-də
Konstitusiya Günü ərəfəsində 615 nəfəri əfv edib.
Trend-in
məlumatına görə, bu barədə fərman dövlət başçısının rəsmi saytında
dərc olunub.
Qeyd olunub ki, əfv olunanlar əməllərindən səmimi şəkildə peşman
olan və islahata qətiyyətlə bağlılıq göstərən şəxslərdir.
Əfv edilən 615 nəfərdən 220-si şərti olaraq azadlığa buraxılıb,
123 nəfər şərti cəzadan azad edilib, 97 məhkumun barəsində
həbs-qətimkan tədbiri dəyişdirilib, 175 nəfərin isə həbs müddəti
azaldılıb.
Fərmanda bildirilir ki, əfv olunanlar arasında 9 əcnəbi, 29
qadın, 23 kişi, 264-ü 30 yaşadək şəxs və 9 qadağan olunmuş
təşkilatların üzvü var.

