Bakı. Trend:
Londonun Uest End bölgəsində şənbə gününün gecə saatlarında baş
verən insidentlə bağlı polisə müraciət olunub.
Trend xəbər verir
ki, insidentdə şübhəli şəxs 29 yaşlı futbolçudur və o, polis
tərəfindən saxlanılıb.
Futbolçuya qarşı iki zorakılıq və bir dava maddəsi üzrə şübhə
irəli sürülüb. Zərərçəkən şəxs xəstəxanaya yerləşdirilib və polisin
açıqlamasına görə, onun aldığı xəsarətlər həyati təhlükə
törətmir.
Hazırda futbolçu girov qarşılığında sərbəst buraxılıb,
araşdırmalar isə davam etdirilir.
Böyük Britaniya qanunvericiliyinə əsasən, saxlanılan şəxsin adı
yalnız ona rəsmi ittiham irəli sürüldükdən sonra açıqlana bilər. Bu
qayda 2012-ci ildə Leveson Komissiyasının qərarından sonra tətbiq
olunub və yalnız istisna hallarda həmin şəxsin kimliyinin
açıqlanmasına icazə verilir.

