
Bakı. Trend:
Bu gün futbol üzrə İtaliya Misli Premyer Liqasında XIV turun
daha bir oyunu keçiriləcək.
Trend-in
məlumatına görə, günün yeganə matçında “Karvan-Yevlax” öz
meydanında “Şamaxı”nı qəbul edəcək. Qarşılaşma saat 14:00-da
başlayacaq.
Hazırda Şamaxı təmsilçisi 14 xalla 9-cu, Yevlax klubu isə 5
xalla sonuncu – 12-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, XIV turun açılış oyununda “Qarabağ” səfərdə “Zirə”
ilə 1:1 hesablı heç-heçə edib. Turun digər matçları dekabrın 8-9-da
keçiriləcək.


