
Doha Forumu çərçivəsində “Ermənistan–Azərbaycan Dayanıqlı Sülh: Vaşinqton Sazişi və Ortaq Gələcək” adlı panel sessiya keçirilib.
“Report” xəbər verir ki, David Hearstin moderatorluğu ilə keçirilən paneldə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan iştirak edib.
Azərbaycan Prezidentinin köməkçisinin “X” hesabında yazdığı məlumata görə, müzakirələr zamanı sülhün iqtisadi faydaları, əlaqəlilik, etimad quruculuğu tədbirləri daxil olmaqla Vaşinqton razılaşmasının icrası istiqamətində atılan addımlar müzakirə olunub.
“Mən Azərbaycan tərəfinin Cənubi Qafqaz regionunu dayanıqlı sülh və rifah zonasına çevirmək istiqamətində göstərdiyi güclü iradəni vurğuladım”,-deyə H.Hacıyev qeyd edib.
MƏLUMAT YENİLƏNİR
On the sidelines of @Dohaforum I and Armen Grigorian, Secretary of the Security Council of Armenia, participated in the panel titled “Armenia–Azerbaijan Lasting Peace: The Washington Accord and a Shared Future” with the moderator of @DavidHearst.
We discussed the steps taken in… pic.twitter.com/zh2uaQ446r
— Hikmet Hajiyev (@HikmetHajiyev) December 6, 2025
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin


