Bakı. Trend:
World Semiconductor Trade Statistics (WSTS) təşkilatının
proqnozuna görə, qlobal yarımkeçirici satışları 2026-cı ildə 1
trilyon dollara yaxınlaşacaq.
Trend xəbər verir
ki, proqnozlar çip bazarında davam edən genişmiqyaslı artımı əks
etdirir.
2025-ci ildə bazarın 22,5% böyüyərək 772 milyard dollara
çatacağı gözlənilir. Bu göstərici iyun ayı proqnozundan təxminən 45
milyard dollar çoxdur. Artımın Amerika və Asiya-Sakit Okean
regionunda 25-30%, Avropada 6% olacağı, Yaponiyada isə satışların
4% azalacağı proqnozlaşdırılır.
WSTS-nin hesablamalarına görə, qlobal yarımkeçirici bazarı
2026-cı ildə 25%-dən çox yüksələrək 975 milyard dollara çatacaq.
Bütün bölgələr və məhsul seqmentləri üzrə artımın davam edəcəyi
bildirilir.
ABŞ və Asiya bazarları ən böyük artım drayverləri olaraq
qalacaq, Avropa və Yaponiyada isə təxminən 12% genişlənmə
gözlənilir.
İnteqrasiya olunmuş dövrələrin satışlarının 2025-ci ildə 25,6%
artaraq 677,85 milyard dollara çatacağı, yaddaş çiplərinin
satışlarının isə 27,8% artımla 211,6 milyard dollara yüksələcəyi
proqnozlaşdırılır.
2026-cı ildə inteqral sxemlər üzrə satışların 29% artaraq 874,3
milyard dollara, yaddaş çipləri seqmentində isə 39,4% artımla 294,8
milyard dollara çatacağı gözlənilir.

