Bakı.Trend:
Vaxtilə hazırkı Ermənistan ərazisində 650 kənddə Azərbaycanlılar
yaşayıb.
Trend xəbər
verir ki, bu fikirləri bu gün Qərbi Azərbaycan İcması tərəfindən
“Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış
azərbaycanlıların mədəni irsinin bərpası-ədalətə, barışığa və sülhə
aparan yol kimi” mövzususunda lll Beynəlxalq Konfransda panel
müzakirəsi zamanı Tennesi Texnologiya Universitetinin professoru
Michael Martin Gunter deyib.
O bildirib ki, Ermənistanda mövcud olan ilkin toponimlər
Azərbaycan mədəniyyəti və tarixi ilə əlaqəlidir:
“Sonrakı dövrlərdə bu toponimlər erməniləşməyə məruz qalıb”.
Onun sözlərinə görə, 300 mindən çox etnik azərbaycanlılar öz
tarixi dədə-baba yurdlarından qovulub.

